Təhsil Nazirliyi Azərbaycan Tibb Universitetini 5 illik müddətə akkreditasiyadan keçirib

img

29-12-2017 [13:04]


Bu yaxınlarda Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarına əsasən Azərbaycan Tibb Universiteti (ATU) yeni 5-illik müddətə akkreditasiyası keçirilib.

Bunu Səhiyyə Nazirliyin geniş tərkibli kollegiya iclasında ATU-nun rektoru, professor Gəray Gəraybəyli deyib.

O bildirib ki, ATU-da tətbiq edilən yeniliklərdən biri - tələbələrin biliklərinin qiymətləndirilməsində yeni imtahan sistemi - açıq sualların tətbiqi ilə bağlı olub: "Üzümüzə gələn sessiyadan digər imtahan qiymətləndirmə formalarının da tətbiqi nəzərdə tutulur”.

Rektorun sözlərinə görə, universitetin və fakültələrin Elmi Şuralarının yeni tərkibləri seçilib və təsdiq edilib.

G. Gəraybəyli qeyd edib ki, 2017-ci ildə ATU-nun elmi fəaliyyət yönündə də kifayət qədər nailiyyətləri olub. Belə ki, ATU-nun nəzdində 19 ixtisas üzrə müdafiələr keçirən 5 Dissertasiya Şurası, 3 elmlər doktorluğu və 2 fəlsəfə doktorluğu şuraları təşkil olunub/apa.

Digər xəbərlər
SON XƏBƏRLƏR