ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK Nazirlik federasiya prezidentini təltif edib - mia.az
Şriftin ölçüsü / 741 dəfə oxunub

Nazirlik federasiya prezidentini təltif edib

29 Dekabr 2017 [12:24]
Respublikamızda idmanın inkişafına verdiyi tövhəyə və göstərdiyi xidmətlərə görə 2017-ci ilin mükafatçıları arasında Azərbaycan Sindo-ryu və Pençak Silat Federasiyası da var. 

Belə ki, Federasiyasının prezidenti Ceyhun Əşrəfov 2017-ci ilin yekunlarına görə Gənclər və İdman Nazirliyi tərəfindən fəxri diplomla təltif edilib. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təqdim olunan fəxri diplomda Ceyhun Əşrəfovun 2017-ci ildə ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında göstərdiyi xidmətlərə görə təltif edildiyi bildirilir.

Onu da qeyd edək ki, Ceyhun Əşrəfovun rəhbərliyi altında Azərbaycan Sindo-ryu və Pençak Silat Federasiyası 2017-ci ildə çoxsaylı uğurlara imza atıb. Müxtəlif tarixi günlərə və Ümummilli lider H.Əliyevin xatirəsinə həsr olunmuş Respublika səviyyəli yarış və turnirlər keçirilib. Federasiyanı təmsil edən idmançılar Malaziya, İndoneziya, Ukrayna, Özbəkistan, Belçika, İran və s. ölkələrdə qatıldıqları yarışlarda həm fərdi, həm də komanda hesabında yüksək yerlər tutublar.

İdmançıların bacarıq və ustalıqlarının möhkəmləndirilməsi istiqamətində də çoxsaylı addımlar atılıb. O cümlədən, bu idman növünün vətəni olan İndoneziyadan məşqçilər dəvət edilib və onların rəhbərliyi altında Federasiyanın idmançıları məşqlər keçib və yarışlara hazırlanıb.

2017-ci ildə Federasiya həmçinin ölkəmizdə iki beynəlxalq səviyyəli yarışa da ev sahibliyi edib. Avqust ayında pencak silat idman növü üzrə Dünya Çempionatının təsnifat mərhələsi, oktyabr ayında isə Avropa Çempionatı Bakıda keçirilib. Avropa Çempionatının açılış mərasimi "İdman Azərbaycan” kanalında canlı yayımlanıb.





ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR