Unutduğumuz Rəşid Behbudov küçəsi

img

28-12-2017 [11:52]


"Bu il Gürcüstanın paytaxtı Tbilisi şəhərinin yaxınlığında yerləşən Poniçala (Soğanlıq) qəsəbəsinin küçələrindən birinə Rəşid Behbudovun adı verilib.

Azərbaycanın Gürcüstandakı səfirliyindən verilən məlumata görə, bu barədə qərar Tbilisi sakrebulosu (şəhər bələdiyyə şurası) tərəfindən 25 iyul 2017-ci il tarixində qəbul olunub.

Qeyd edək ki, APA-nın Gürcüstan müxbiri Tbilisinin görkəmli azərbaycanlılarının adını daşıyan küçələrlə bağlı araşdırma apararkən, yerli azərbaycanlılar şəhərdə Rəşid Behbudovun adını daşıyan küçənin olmadığını bildiriblər. Məlum olur ki, onların məlumatsızlığına səbəb bu barədə xəbərin yerli və Azərbaycan mediasında işıqlandırılmamasıdır”. 

Doğurdan da acınacaqlı haldır ki, Azərbaycandan kənarda Azərbaycanla bağlı baş verən müsbət olaylara istər rəsmi, istərsə də qeyri-rəsmi şəkildə bir biganəlik nümayiş etdirilir. Halbuki bəyənmədiyimiz ermənilər ucaq bir ölkədə hansısa bir erməninin adına küçə veriləndə və ya hansısa bir olay baş verəndə az qala bunu dünya çaplı bir olaya çevirir və elə bir məqam yaradırlar ki, həmən ölkədə heç nədən erməni lobbisi belə formalaşdırılır. Və yaxud Ermənilərin və ya Ermənistanın maraqlarına zidd bir addım atılanda az qala iki ölkə arasında soyuq müharibə başlayır. 

Məsələn, bir müddət öncə Qazaxıstanda erməni generalının adı daşıyan küçənin adı dəyişdirildi və qazax xalqının tanınmış simalarından birinin adı bu küçəyə verildi. Ermənistan tərəfi rəsmi nota verməsə də Yerevanda Qazaxıstan prezidentinin adını daşıyan küçənin adı dəyişdirildi və bu ölkəyə münasibət 180 dərəcə dəyişdi. Bu əslində ermənilərin hadisələrə müsbət və ya mənfi tərəfdən olmasından aslı olmayaraq verdikləri reaksiyadır. Azərbaycana gəldikdə isə bu günə qədər Gürcüstanda bir neçə küçəyə azərbaycanlı ziyalıların adları verilsədə tərəfimizdən heç bir reaksiya yoxdur. O cümlədən Rəşid Behbudovun adına verilən küçə kimi. Ən azından bu günə qədər Rəşid Behbudovun adına verilən küçə diqqət mərkəzində olmalı idi, lazım olardısa küçədə Rəşid Behbudovun büstü qoyulmalı, onun adının əks olunduğu löhvələr yüksək səviyyədə hazılanaraq küçə boyu vurulmalı idi. Hətta həmən küçənin abadlıq işlərinə də diqqət ayırmaq olardı. 

Bu gün Gürcüstanda Azərbaycanın vəsaiti ilə məscidlər, kilsələr pulsuz qaz və işıqla təmin olunduğu kimi, Azərbaycanın vəsaiti hesabına bu küçəyə xüsusi diqqət də ayırmaq olardı. Yəqin ki, indidə gec deyil. Özgələrə yox, heç olmasa özümüzünkülərə sahib durmağın zamanıdır.
10may.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR