27-12-2017 [16:37]
Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi Aparatı işçilərinin və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi.
İclası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq gündəlikdə duran məsələlərlə bağlı məlumat verdi.
Kollegiya iclasında geniş hesabat məruzəsi ilə çıxış edən nazir 2017-ci ildə ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdən, mədəniyyətin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi, ölkəmizin turizm imkanlarının təbliği istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən, əldə olunan nailiyyətlərdən ətraflı söz açdı.
2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətinin ölkə başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, eləcə də müvafiq dövlət proqramlarının icrası istiqamətində həyata keçirildiyini qeyd edən Əbülfəs Qarayev vurğuladı ki, bu il Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə çevrildiyini bir daha sübut etdi. Nazir mədəniyyətin inkişafı, mədəni irsimizin təbliği ilə bağlı görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun xətti ilə keçirilən tədbirləri xüsusi qeyd etdi, həmçinin Fondun təşkilatçılığı və nazirliyin iştirakı ilə bir sıra beynəlxalq festivalların, layihələrin reallaşdırıldığını diqqətə çatdırdı.
Bildirdi ki, bu il mədəniyyət sahəsində yaddaqalan hadisələrdən biri milli mətbəximizin nümunəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsinin, habelə musiqi irsimizin nümunəsi olan kamança alətinin hazırlanması və ifaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə siyahısına daxil edilməsidir.
Turizm Şurasının fəaliyyətə başlamasından bir il ötdüyünü söyləyən Əbülfəs Qarayev ötən müddət ərzində şuranın gördüyü işlərdən də danışdı: "2016-cı il dekabrın 27-də Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Turizm Şurasının tərkibi təsdiq olundu. Birillik fəaliyyəti dövründə Turizm Şurasının altı geniş tərkibli iclası keçirildi. Şuranın keçirdiyi iclaslarda 100-dən çox müxtəlif qərarlar qəbul olunub. Bu qərarlar Azərbaycan turizm infrastrukturunun inkişafına, eyni zamanda, Strateji Yol Xəritəsinin icrasına müsbət təsir göstərdi”.
Bununla yanaşı, 2017-ci ildə ilk dəfə keçirilən Bakı Şopinq Festivalı turizm sahəsində önəmli yenilik oldu. Yaz və payız mövsümündə təşkil olunan bu festivallar növbəti ildə davam edəcək.
Əbülfəs Qarayev bildirdi ki, 2017-ci ili maraqlı edən səbəblərdən biri də nazirlikdə struktur dəyişikliklərin aparılmasıdır: "Regional idarələrin formalaşması da bizim üçün önəmli hadisələrdən biridir. Hesab edirəm ki, bu, vaxtında verilmiş bir qərar idi. Hazırda bizim qarşımızda əsas vəzifə regionlarda mədəni xidmətlərin yeni səviyyədə qurulmasıdır”.
Bildirildi ki, 2017-ci il ölkəmizin mədəni həyatında bir sıra yeniliklərlə yadda qalıb. Dövlət başçısı görkəmli mədəniyyət, incəsənət xadimlərinin, yazıçı və şairlərin, tarixi şəxsiyyətlərin yubileyləri haqqında müvafiq sərəncamlar imzalayıb. Həmin sərəncamların icrası ilə bağlı nazirlik tərəfindən digər aidiyyəti qurumlarla birgə silsilə tədbirlər planı hazırlanaraq həyata keçirilib. O cümlədən böyük şair Molla Pənah Vaqifin 300 illiyi UNESCO və TÜRKSOY səviyyəsində geniş qeyd olunub.
Nazirliyin sisteminə aid olan təhsil müəssisələrinin fəaliyyətindən danışan Əbülfəs Qarayev Azərbaycan Turizm və Menecment Universitetinin və Bakı Xoreoqrafiya Akademiyasının fəaliyyətini yüksək qiymətləndirdi. Həmçinin 2018-ci ildə Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının keçiriləcəyi diqqətə çatdırıldı.
Hesabat məruzəsində teatr, muzey, nəşriyyat, kitabxana işi, qoruqların fəaliyyəti və s. sahələrin inkişafını səciyyələndirən amillərdən bəhs edən nazir qeyd etdi ki, 2018-ci ildə əsas hədəf bütün sahələrdə müasir texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi və göstərilən xidmətlərin səviyyəsinin günün tələbləri səviyyəsinə çatdırmaqdan ibarət olacaq.
Nazir "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq üçcildli "Azərbaycan Teatr Ensiklopediyası”nın nəşrinin başa çatdırılmasını bu sahədə əlamətdar hadisə kimik qeyd etdi.
Əbülfəs Qarayev kino sahəsində əldə olunan uğurlardan danışaraq bildirdi ki, 2017-ci il ərzində 15 filmimiz 20 ölkədə keçirilmiş 39 beynəlxalq festivalda 53 dəfə iştirak edərək 19 mükafat qazanıb. Ölkəmizdə keçirilən Beynəlxalq Turizm Filmləri Festivalının da dünyanın bu sahədə keçirilən nüfuzlu festivallarından biri olduğu vurğulandı.
Qeyd edildi ki, ölkəmizdə mədəniyyət və turizmlə bağlı tədbirlər il ərzində respublikanın müxtəlif media orqanlarında, internetdə geniş işıqlandırılıb.
Kollegiya iclasında 2017-ci ilin yekunlarına dair hesabat qəbul edildi. Həmçinin Mədəniyyət və Turizm Nazirliyinin 2018-ci ilin birinci yarımillik iş planı təsdiq edildi. Əbülfəs Qarayev növbəti ildə nəzərdə tutulan işlərin həyata keçirilməsində hər kəsə uğurlar arzuladı.
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib