Azərbaycanda işsizliyə görə müavinət 3 dəfəyədək artırılır

img

27-12-2017 [10:22]


Azərbaycanda işsizliyə görə müavinət 3 dəfəyədək artırılacaq.

Bunu Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. Komitə sədri qey edib ki, ""İşsizlikdən sığorta fondu”nun büdcəsindən, eyni zamanda, işsizliyə görə müavinətin 3 dəfə artacağı da gözlənilir:

"Bu büdcədə peşə təhsili, ixtisasartırma və peşədəyişmə kurslarının, geniş maarifləndirmə işlərinin maliyyələşdirilməsi də özünü bariz şəkildə göstərəcək. Məşğulluğun hərtərəfli və genişmiqyaslı təmin olunması üçün qanunyaradıcılığı prosesində Əmək, Vergi, Gömrük məcəllələrinə və digər qanunvericilik aktlarına da xeyli əlavə və dəyişikliklər edilib ki, bu da son nəticədə orta və kiçik sahibkarlığın inkişafına, yeni işyerlərinin yaradılmasına müsbət təsir göstərəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR