MDB liderlərinin qeyri-formal görüşü başlayıb

img

26-12-2017 [20:28]


Rusiya paytaxtında MDB ölkələrinin dövlət başçılarının qeyri-formal görüşü başlayıb.

Görüş Rusiya prezidentinin Novo-Oqoryovadakı iqamətgahında keçirilir. Görüşdə Rusiyanın 2017-ci ildə MDB-yə sədrliyinə yekun vurulacaq və birlik çərçivəsində müxtəlif sahələrdə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq.

Toplantıda Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Moldova prezidenti İqor Dodon, Özbəkistan prezidenti Şövkət Mirziyoyev iştirak edirlər.

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov isə görüşə qatılmayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR