Ehtiyac meyarı və yaşayış minimumu təsdiqləndi

img

26-12-2017 [15:53]


Prezident İlham Əliyev "Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanunu təsdiq edib.

Qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilir. Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, 2017-ci ildə ehtiyac meyarı 116 manat təşkil edir.


***

Prezidentin digər sərəncamı ilə "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Qanun da təsdiqlənib.

Qanuna əsasən, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilsin.

Bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.



Digər xəbərlər
SON XƏBƏRLƏR