Fazil Mustafanın yeni kitabı çapdan çıxdı

img

26-12-2017 [12:59]


Böyük Quruluş Partiyasının başqanı, millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafanın yeni kitabı çapdan çıxıb. 

Bu barədə Mia.az-a Fazil Mustafa məlumat verib. Onun sözlərinə görə, "Sağlam düşüncə alternativi" adlanan kitab son bir ildə yazılmış çeşidli mövzulara aid məqalələr toplusudur:

"Bu, mənim sağlam düşüncəni, fərqli düşüncəni anlayan insanlara bir ərməğanımdır. Yaxın günlərdə müxtəlif kitab evlərinə paylanacaq. Ayrıca təqdimatını da düşünürəm. Ola bilsin ki, təqdimat ləngidi, çünki başqa bir kitabımın da yaxın həftələrdə nəşriyyata təqdim olunması planlaşdırılıb. Son bir ildə nəşr olunan üç kitabın birlikdə təqdimatını keçirmək bəlkə daha məqsədəuyğundur".

Qeyd edək ki, bu, Fazil Mustafanın sayca 19-cu kitabıdır. Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır.



Digər xəbərlər
SON XƏBƏRLƏR