Ədliyyə Nazirliyində Kollegiya iclası keçirilib

img

25-12-2017 [19:26]


Ədliyyə Nazirliyində ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, iclasda nazirliyin əsas fəaliyyət istiqamətləri üzrə cari ildə görülmüş işlər müzakirə olunub.

Qeyd edilib ki, ədliyyə orqanlarının fəaliyyətində şəffaflığın artırılması, açıq hökumət prinsiplərinin təşviqi, vətəndaş məmnunluğunun yüksəldilməsi, əhaliyə keyfiyyətli hüquqi xidmətlərin göstərilməsi üzrə mühüm işlər görülüb, nazirliyin elektron xidmətlərindən istifadənin sayı əvvəlki illə müqayisədə 2,5 dəfə artaraq 4,5 milyonu ötüb.

Dövlət başçısının Sərəncamı ilə təsbit edilmiş "Elektron məhkəmə” informasiya sisteminin yaradılması üzrə Dünya Bankı ilə birgə əsaslı işlər görülür, o cümlədən ölkə məhkəmələri üzrə tətbiqi dairəsi genişləndirilir. Paytaxtda və bölgələrdə yeni inşa olunmuş, o cümlədən cari ildə ölkə Prezidentinin açılışını etdiyi Bakı şəhəri Nərimanov, habelə İmişli və Qəbələ rayonlarının müasir məhkəmə binalarında bu sistemin tətbiqi ilə bağlı bütün zəruri infrastruktur quraşdırılıb.

Eyni zamanda, "Elektron məhkəmə” informasiya sisteminin tərkib hissəsi olan "Elektron icra”nın məhkəmə qərarlarının icrası işinin səmərəliliyinin artırılmasına xidmət etdiyi və cari ilin əvvəlindən bir çox icra qurumlarında pilot qaydada tətbiq edildiyi diqqətə çatdırılıb.

Bununla yanaşı, ədliyyə orqanlarında kadr işinin təkmilləşdirilməsi, "ASAN xidmət”in fəaliyyət prinsiplərinin və şəffaflıq standartlarının tətbiqi təcrübəsinin genişləndirilməsi, könüllülər institutunun təşviqi üzrə görülən tədbirlər qeyd olunub, ötən dövrdə 100 nəfərdən çox gəncin ədliyyə orqanlarında və məhkəmələrdə könüllü fəaliyyətə cəlb olunduğu, artıq bir çox könüllülərin işlə təmin edildiyi bildirilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR