114 jurnalist mükafatlandırıldı - Qaliblər

img

25-12-2017 [11:59]


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin mükafatlandırılması mərasimi keçirilib.

Vüqar Səfərli bildirib ki, 2017-ci ildə fərdi jurnalist yazısı üzrə 6 müsabiqə keçirilib: "Onlardan 3-ü Fond tərəfindən, digərləri isə başqa qurumlarla birgə təşkil olunub".

Vüqar Səfərli qeyd edib ki, son müsabiqəyə 66 KİV-dən 153 yazı daxil olub. 19 istiqamətdə 6 yazı, ümumimillikdə, 114 jurnalist qalibdir.

Müsabiqədə hər istiqamət üzrə 1 nəfər birinci, 2 nəfər ikinci, 3 nəfər isə üçüncü yerə layiq görülüb.

Hər istiqamət üzrə birinci (1 yer), ikinci (2 yer) və üçüncü yerlər (3 yer) üçün müvafiq olaraq 500, 400 və 300 manat mükafat nəzərdə tutulub.

Tədbirdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Prezident İlham Əliyevin ad gününü təbrik edib: "Sosial şəbəkələrdə də jurnalistlər İlham Əliyevin ad gününü təbrik ediblər.

Bu cür müsabiqənin keçirilməsini yüksək qiymətləndirirəm. Belə tədbirlər jurnalistlə yazılarını cəmiyyətə təqdim etmək baxımından əhəmiyyətlidir. Azərbaycan jurnalistikasının cəmiyyətimizin həyatında mühüm rol oynayır".

Sonda müsabiqə qaliblərinin adları açıqlanıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR