Sabirabadda iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

img

24-12-2017 [12:27]


Bu gün Sabirabad rayonunun Nizami kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad sakinləri, 1984-cü il təvəllüdlü Fərzəliyev Emin Əflan oğlunun idarə etdiyi "Mersedes” markalı "99 BB 415" dövlət nömrə nişanlı avtomobillə, 1980-ci il təvəllüdlü Əliyev Elçin Gülüş oğlunun idarə etdiyi "Qazel” markalı "54 BB 735" dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü və bir nəfər sərnişin - 1984-cü il təvəllüdlü Əliyeva Bilqeyis Hüseyn qızı  xəsarət alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Yaralıların həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR