Qəzzada qanlı toqquşma: 2 fələstinli ölüb, 263-ü xəsarət alıb

img

15-12-2017 [22:10]


Bu gün Qəzza zolağında və İordan çayının qərb sahilində İsrail ordusu ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 2 nəfər ölüb, 263-ü nəfər xəsarət alıb.

Bu barədə RİA Novosti agentliyinə yerli tibb xidmətinin nümayəndələri bildirib

 "Bu gün iğtişaşlarda iki fələstinli ölüb”, deyə Fələstin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

Qızıl Aypara Cəmiyyətindən verilən məlumatda isə bildirilib ki, gün ərzində 263 fələstinli yaralanıb, onlardan 13-ü güllə yarası alıb.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR