Hakim Xətainin polis rəisi haqda qərar qəbul etdi - DİN-dən reaksiya

img

15-12-2017 [19:11]


Daxili İşlər Nazirliyi (DİN) bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səkinə İsmayılovanın cinayət işi üzrə prosesdə Xətai Rayon Polis İdarəsinin vətəndaşın məhkəməyə gətirilməsini təmin etmədiyi barədə qaldırılan məsələyə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, həmin cinayət işi üzrə şahid qismində tanınan Vəfa Məmtiyeva Bakı Ağır Cinayətlər Məhkəməsinə və Xətai rayon Polis İdarəsinə məktubla müraciət ünvanlayıb. 

O, məktubunda səhhətində yaranmış problemlərlə əlaqədar və yataq xəstəsi olduğu üçün məhkəmə iclasına gələ bilməyəcəyini, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səkinə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 APA-nın xəbərinə görə, prosesə sədrlik edən hakim Zeynal Ağayev bildirib ki, Səkinə İsmayılovanın cinayət işi üzrə şahid qismində tanınan Vəfa Məmtiyeva dəfələrlə məhkəməyə çağırılmasına baxmayaraq, prosesə gəlməyib.

Buna görə onun barəsində uzun müddətdir ki, məcburi qaydada gətirilmə qərarı çıxarılıb. Lakin Xətai Rayon Polis İdarəsi şahidin məhkəməyə gətirilməsi haqqında qərarı icra etmir. Buna görə də idarənin rəisi barəsində Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət göndərilməsi barədə qərar qəbul olunub.
 
İttihama görə, S. İsmayılova özünü falçı kimi təqdim edərək, zərərçəkmiş Təyminə Abdullayevanın ayrı-ayrılıqda 110 min manat məbləğində pulunu ələ keçirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR