İki bank müştərilərinə kompensasiyaların verilməsində pozuntulara yol verib - Palata sədri

img

15-12-2017 [12:05]


"Əmanətlərin Sığortalanması Fondunda hazırda audit tədbiri başa çatmayıb, proses davam edir".

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. Onun sözlərinə görə, yalnız iki bankın müştərilərinə ödənilən kompensasiyaların araşdırılması başa çatıb: 

"Müəyyən olunub ki, Fond tərəfindən iki bankın müştərilərinə kompensasiyaların verilməsi zamanı bəzi maliyyə və hüquq pozuntularına yol verilib. Bu faktların ciddiliyini nəzərə alaraq Hesablama Palatasının Kollegiyası bu materialları hüquq-mühafizə orqanlarına göndərilməsi ilə bağlı qərar qəbul edib".

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR