Qaydalara dəyişiklik edildi - Hökumətdən atmosferə atılan maddələrə bağlı qərar

img

15-12-2017 [09:54]


Nazirlər Kabineti "Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi Qaydaları”nda dəyişiklik edib.

Mia.az xəbər verir ki, qəara görə qaydaların 2.1.3-cü, 2.1.6-cı, 2.1.8-ci və 2.1.9- cu yarımbəndlər ləğv olunub. 

Həmçinin, aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilib: "2.1-1. Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsinə görə ödəmə haqları "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsinə uyğun olaraq ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna ödənilir və ödənişi təsdiq edən sənəd Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub