General Arzu Rəhimova əlavə səlahiyyət verildi - Ali zabit heyətini də işdən çıxara biləcək + FƏRMAN

img

14-12-2017 [20:16]


Prezident İlham Əliyev bu gün daha bir fərman verib.

Mia.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 82; 2015, № 2, maddə 138, № 7, maddə 831, № 11, maddə 1320; 2016, № 6, maddə 1034, № 10, maddə 1612) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 5.6.12-ci yarımbəndinə "işə qəbul edir,” sözlərindən sonra "onları işdən azad edir,” sözləri əlavə edilib.

Xatırladaq ki, "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 5-ci (xidmət fəaliyyətinin təşkili) maddəsinin 5.6.12-ci bəndinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmət vətəndaşları Xidmətə həqiqi hərbi xidmətə və işə qəbul edir, ali zabit heyəti istisna olmaqla, hərbi qulluqçuları vəzifəyə təyin və vəzifədən azad edir, onları həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxır.

Göründüyü kimi, yeni fərmana əsasən, xidmət rəisi ali zabit heyətini də öz əmri ilə işdən azad edə biləcək.

Onu da qeyd edək ki, adıçəkilən xidmətin rəisi  general-leytenant Arzu Rəhimovdur.

Mia.az 

Digər xəbərlər
SON XƏBƏRLƏR