Putin 1700 jurnalistin önündə Trampı təriflədi, Saakaşvilini və ukraynalıları təhqir etdi: "Ona necə dözürsüz?"

img

14-12-2017 [15:30]


Rusiya Prezidenti Vladimir Putinin bu gün  1700-ə yaxın jurnalistin iştirak etdiyi 13-cü illik mətbuat konfransını keçirir.

Mia.az xəbər verir ki, Putinin keçirdiyi mətbuat konfransına prezidentiyə namizəd olacağını bəyan edən məşhur teleaparıcı Kseniya Sobçak da qatılıb.

Putin növbəti dəfə prezident olmaq istəməsi haqda suala belə cavab verərkən deyib ki, Rusiyanı müasir, çevik siyasi sistemə malik dövət kimi görmək istəyir: 

"Sosial sferaya diqqəti artırmaq, rusiyalıların gəlirlərini çoxaltmaq niyyətindəyəm. Müxalifət haqqında danışan zaman yalnız meydanlarda səs-küy salmaq yox, həm də nəsə təklif etmək vacibdir. Səs-küylü yox, real gündəmlər təklif etmək lazımdır.

Rusiyanı necə görmək istədiyim haqqında çox danışmışam. O, gələcəyə istiqamətlənən, müasir, yüksək texnologiyalar üzərində qurulan ölkə olmalıdır. Seçki proqramım barədə danışmaq istəməzdim, onu deyim ki, bu, artıq hazırdır".

***

Tatarıstanlı jurnalistin doğma dillin tədrisi ilə bağlı sualına cavab verən Putin deyib ki, hər kəs danışıq dilini özü seçə bilər: "Buna görə kiməsə təzyiq edilə bilməz".

***

ABŞ hökuməti Rusiya, KXDR və İranı bir sıraya qoyub, eyni zamanda Moskvadan Pxenyan və Tehran ilə bağlı problemləri həll etməyi tələb edirlər".

Bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən 13-cü illik mətbuat konfransında deyib.

V.Putin Rusiyanın Şimali Koreyanı nüvə nəhəngi kimi tanımadığını xatırladıb. Onun sözlərinə görə, Qərb Pxenyanı silah sazişindən çıxmağa doğru təxribata çəkib. Rusiya prezidentinin fikrincə, Liviya və İraq ilə bağlı vəziyyətlərdən sonra KXDR başqa çıxış yolu görmür və müdafiə olunur.

****

Putin mətbuat konfransında Trampla bağlı suala da cavab verib.

Mia.az bildirir ki, Putin  ABŞ prezidentini tərifləyib: 

"Onun qazandığı ciddi nailiyyətlər var, bunu görürük. Bazarlara baxın, onlar necə yüksəlib. Bu, investorların ABŞ iqtisadiyyatına etimadını göstərir".

****

"Saakaşvilinin etdikləri Gürcüstan və Ukrayna xalqının üzünə tüpürməkdir. Siz buna necə dözürsüz?".

Bu sözləri Rusiya prezidenti Vladimir Putin 13-cü illik mətbuat konfransında deyib. 

Putin bildirib ki, Saakaşvilinin hərəkətlərinə baxanda ürəyi qana dönür: "O, Gürcüstanın prezidenti olub. İndi isə özünü ukraynalı kimi aparır. Məgər sizdə normal bir ukraynalı yoxdur? Bu mənzərəyə baxmaq təəssüf yaradır, ürəyim qana dönür".


Digər xəbərlər
SON XƏBƏRLƏR