Putin bu gün 1640 jurnalistin qarşısına çıxacaq – Mətbuat konfransı

img

14-12-2017 [13:07]


Bu gün Rusiya Prezidenti Vladimir Putin 13-cü illik böyük mətbuat konfransı keçirəcək.

"Report" xəbər verir ki, mətbuat konfransı Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Mətbuat konfransı üçün rekord sayda jurnalist akkreditasiyadan keçib. Kremlin saytında akkreditə olunmuş jurnalistlərin tam siyahısı dərc olunub, siyahıda 1640 soyad var. Mətbuat konfransında həm Rusiyanın federal və regional KİV əməkdaşları, həm də xarici nəşrlərin müxbirləri iştirak edəcəklər.

V.Putinin bu formatda jurnalistlərlə ünsiyyəti 2001-ci ildə başlayıb. Davamlılığına görə 2008-ci ildə keçirilən və 4 saat 40 dəqiqədə davam edən mətbuat konfransı rekord olub. O zaman Rusiya prezidenti 106 sualı cavablandırmışdı

Digər xəbərlər
SON XƏBƏRLƏR