ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer Zəhərdən sərxoşlanan... - mia.az
Şriftin ölçüsü / 659 dəfə oxunub

Zəhərdən sərxoşlanan...

14 Dekabr 2017 [12:41]
Fərhad KƏRİMLİ

****                         
            
Məktəbin həyətində heç kəs görünmürdü. Axırıncı dərs təzəcə başlamışdı. Müəllim heyəti həyəcan içində idi, əsas da direktor. Bu gün İcra Hakimiyyətinin nümayəndələri qəsəbə əhalisi ilə görüşə gələcəkdi. 

Qəsəbə kiçik  olduğundan başqa dövlət müəssiələri çox az idi, ona görə də belə tədbirlər məktəbdə keçirilirdi. 

Direktor əmin idi ki, görüşdə təhsildən, məktəbdən də söz düşəcək. Ona görə də müəllimlərlə birlikdə hazırlıq görür, nümayəndələri razı sala bilməkdən ötrü əlindən gələni etməyə çalışırdı. Görüşün akt zalında keçirilməsi məsləhət görülmüşdü. Uzun stol hazırlanmış, ətrafına səliqə ilə stullar qoyulmuşdu. Stolun üstünə ağappaq süfrə salınmış, süfrəyə şirniyyat, sərin içki və mer-meyvə düzülmüşdü. Bunları milçəkdən, tozdan qorumaq üçün üstdən də başqa bir ağ süfrə elə çəkilmişdi ki, stolun üstündəkilər görünmürdü. Məktəbin bufetində ehtiyat üçün hazırlanan yemək, direktorun şəhərdən alıb gətirdiyi və soyuducuya qoydurduğu, qonaqların adına layiq içkilər isə süfrəyə görüşün nəticəsindən asılı olaraq veriləcəkdi.

Direktor akt zalının qapısı açılan dəhlizdə gəzinir, hər şeyin yaxşı olmasına nəzarət edirdi. Müəllimlərə və şagirdlərə iki gün öncədən xəbərdarlıq edilmiş, əyin-başlarına fikir vermək tapşırılmışdı.

O, saatına baxdı, nümayəndələrin gəlməyinə 1 saat qalmışdı. Direktor hər şeyin yaxşı olacağına inanırdı, lakin nədənsə özünü narahat hiss edirdi. Sanki qəlbinin dərinliyində bir səs nəsə pıçıldayırdı. 

O, hardan biləydi ki, nümayəndələrin yanında biabır olmamaq üçün cədvəl üzrə axırıncı iki dərsdən – "Azərbaycan dili” və "Azərbaycan tarixi” dərslərindən azad etdiyi avara, veyil 11-cilərin pıçıltısıdır bu səs...

...Yarım saat keçmişdi. Məktəbin dəhlizlərində heç kim gözə dəymirdi. Direktor öz otağında müavini ilə hansısa məsələni həll edirdi. Müəllimlərin, demək olar ki, hamısı dərsdə idi. Müəllimlər otağında isə cəmi iki nəfər var idi. Azərbaycan dili müəllimi Kərim müəllim və 11-cilərin sinif rəhbəri Vəsilə xanım. 

Vəsilə müəllim ayaq üstə telefonla danışır, Kərim müəllim isə diqqətlə ona qulaq asırdı. Sinif rəhbəri direktor eşitməsin deyə nə qədər yavaş danışmağa çalışsa da, əsəblərini cilovlaya bilmir, hərdən özündən asılı olmayaraq səsini qaldırır, bəzən hətta qışqırırdı:

– Təcili dedim axı... Bəli-bəli... Sizin tərbiyəsiz oğlunuz zəhər içib, zəhərlənib, təcili məktəbə gəlin! Təcili!

O telefonu söndürüb stulda əyləşdi. Əsəbindən pörtmüşdü, tez-tez dodağını gəmirirdi. 

– Bu zəhəri uşaqlara niyə satırsınız ki, ay balam... başımıza da bu müsibət gəlməyə... Satmayın da... Öləcəksiniz, yoxsa alveriniz getməyəcək?!

– Özünüzü ələ alın, müəllim, ciddi bir şey yoxdur, – Kərim müəllim özü də narahat olsa da, sinif rəhbərini sakitləşdirməyə çalışdı, – sadəcə bir balaca sərxoş olublar, 2-3 saata özlərinə gələcəklər. 

– Bir balaca?! Siz nə danışırsınız?! Qarşılarına çıxana bir balaca zəhərləniblər deyə söyüblər?!

– Çox böyük şey ediblər!

– Yaxşı, bəs qızlara sataşmaqlarına nə deyirsinz?

– Əşi, özlərində deyilmişlər də, kim o qədər içsə özünü elə aparar.

– İçməyəydilər, elə bil məcbur eləmişik. 

– Başqa sinfin uşaqları olsaydı heç bu qədər narahat olmazdınız, – Kərim müəllim istehza ilə dedi.

-Kərim müəllim, unutmayın ki, bu hadisə sizin dərs saatınızda baş verib! – Vəsilə müəllim hirslə yerindən qalxdı. 

Azərbaycan dili müəllimi də təslim olmaq istəmədi:

-Siz də unutmayın ki, onları dərsdən mən azad etməmişəm, – deyə o da yerindən atılıb qalxdı və... donub qaldı.

Direktor müəllimlər otağının qapısının ağzında dayanıb onlara baxırdı. Müavini isə onun arxasından boylanırdı.

Direktorun müəllimlər otağına girməsilə tufanın qopması bir oldu. Müavin tez onun ardınca içəri keçib qapını örtdü. Müəllimlərin payını verən direktor indi də üzünü müavininə tutdu:

– Ə, bəs sən hara baxırsan?! Gözün kordu, ya özünü korluğa vurursan?! Sənin işinin adı nədi? 

– Bağışlayın, amma...

– Kəs! Üzrün günahından betər, hələ bir danışırsan?! – direktor ana danışmağa imkan vermədi.

Elə bu vaxt dəhlizdə qışqırıq səsləri eşidildi. Direktor, ardınca da müavin özünü bayıra atdı. Səs akt zalından gəlirdi. Qışqırıq getdikcə hönkürtüyə, iniltiyə çevrilirdi. Direktor akt zalının qapısını açıq görüb tez içəri girdi. Səhər tezdəndən təmtəraqla hazırlanan qar kimi ağ süfrənin başında bir kişi heykəl kimi donub qalmışdı, papağı yerə düşmüşdü. Kişidən bircə addım aralıda isə qışqırıb özünü yerə çırpan qadının səsi əks-səda verirdi. Qadın saçını yolur, üzünü cırırdı. Direktor və müavin karıxmışdılar. Bu nə deməkdir? Bu kişi və qadın niyə yemək süfrəsinin başında yas qurublar? Beləcə bir neçə dəqiqə keçdi. Qadın ağlaya-ağlaya süfrəyə tərəf sürünür, stolun ayaqlarından tutub qalxır, əllərini ağ süfrənin üstündə o tərəf-bu tərəfə yelləyir, bir də özündən gedirdi. 

Direktor birtəhər özünü ələ aldı və üzünü heykələ tutub qışqırdı:

-Burada nə olub?

Kişi yerindən tərpənmədi, heç qımıldanmadı da. Əvəzində isə qadın qalxıb direktorun üstünə cumdu. Lakin ayağı büdrədi, əgər müavin onu tutmasaydı yəqin ki tir-tap yerə səriləcəkdi. Bu da heykəl kişiyə zərrə qədər təsir etmədi.

Beş saniyənin içində zal müəllimlərlə doldu. Artıq zəng vurulmuş, axırıncı dərs qurtarmış, şagirdlər dəhlizə axışmışdı. Müəllimlərdən kimsə zalın qapısını örtdü ki, evlərinə gedən uşaqlar zala baxmasın. 
Bu zaman qadın müavinin əlindən çıxıb yenə də direktora hücum etdi:

– Sən öldürdün mənim oğlumu! Qatil! Sən içirtmisən zəhəri! O, durduğu yerdə niyə zəhər içməli idi ki?

Heç nə başa düşməyən direktor karıxmış halda müəllimlərin üzünə baxdı.

– Oğlum!.. – deyə qadın direktorun yaxasından əl çəkib yenə ağappaq süfrəyə yaxınlaşdı və hönkür hönkür ağlamağa başladı:

– Niyə qıydın canına? 

Hər şeyi indi başa düşən Vəsilə müəllim barmağını dişlədi. O, qadına yaxınlaşdı. Əlini atıb süfrəni çəkdi. Qadının önünə şirniyyat, meyvə və başqa şeylər çıxanda səsini xırp kəsdi. Heç nə başa düşməyib yerindəcə donub qaldı. Təkcə heykəl ərinə tərəf baxa bildi. 

Bir müddət heç kim danışmadı. Sükutu yenə də Vəsilə müəllim pozdu. O, qadının qulağına pıçıldadı:

– Zərifə, səhv məndədir. Mən hardan biləydim ki, siz "zəhərlənib” sözünü "sərxoş olub” kimi anlamayacaqsınız. Bağışlayın məni. Narahat olmayın, oğlunuz sağ-salamatdır, sadəcə möhkəm içib kefləniblər.

Araya yenə də sükut çökdü. Heç kim hələ heç nə başa düşmədiyindən danışan yox idi. 

Elə bu zaman kimsə şən səslə dedi:

-Deyəsən əsil vaxtında gəlmişik.

Hamı qapıya tərəf döndü. 

Qıpqırmızı qızaran direoktor müavin mızlıdandı: 

– Bu da nümayəndələr... 

Mia.az



Digər Xəbərlər

ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer
SON XƏBƏRLƏR