17 yaşlı tələbə ürək və kürəyindən bıçaqlanaraq öldürüldü - Ağdaşda qətl

img

14-12-2017 [12:34]


Ağdaşda qətlə yetirilən şəxsin kimliyi bilinib.

Bu gün səhər saatlarında qətlə yetirilən 2000-ci il təvəllüdlü Ağdaş şəhər sakini Nəsibov Ətraf Nəsib oğlu Ağdaş Dövlət Humanitar Kollecinin 3-cü kurs tələbəsidir.  

Məlumata görə, onu həmyaşıdı olan Hacıyev Tərlan Fikrət oğlu kürək və ürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirib.   

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR