"İsraillə Oslo razılaşmasından imtina etmək qərarındayıq" - Mahmud Abbas

img

13-12-2017 [21:40]


 "Qüds ətrafında baş verən hadisələr bu cür davam edəcəyi təqdirdə, Fələstin İsraillə əldə edilmiş razılaşmalardan, həmçinin Oslo razılaşmasından imtina etmək qərarındadır".

Bunu Fələstinin başçısı Mahmud Abbas İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin fövqəladə Zirvə toplantısının yekununa həsr edilmiş mətbuat konfransında çıxışı zamanı bildirib.

O, İƏT Zirvə toplantısını məsələyə dəstək vermək üçün həlledici tədbirlər görməyə, İsrailə qarşı iqtisadi və siyasi tədbirlər qəbul etməyə və İsrail mallarını boykot etməyə çağırıb/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR