Günel Rza Zərrabdan danışıb, jurnalistləri hədələdi: “Cavab verəcəksiz”

img

13-12-2017 [14:06]


Türkiyədə yaşayıb, fəaliyyət göstərən azərbaycanlı müğənni Günel Zeynalova sosial şəbəkədən mediaya səslənib.

Müğənni öz statusunda keçmiş nişanlısı, hazırda ABŞ-da həbsdə olan Rza Zərrabla adının birgə mətbuatda hallanmasından narahat olduğunu bildirib:

"Son günlər mətbuatda çıxan xəbərlərdə keçmişdə olan münasibətimlə bağlı adımın davamlı olaraq yer almasından narahatam və üzülürəm. İllər əvvəl nöqtə qoyduğum bir münasibətdə bu gün zərərçəkən kimi təqdim edilirəm. Buna səbəb olan mövzular məni və ailəmi narahat edir”.

Müğənni xatırlatma verərək bildirib ki, bir zamanlar bu mövzuda haqlı olsa da, zərərçəkən biri kimi bəzi mətbuat nümayəndələri tərəfindən adı qaralamışdı:
"İndi isə əksini edirlər, mənim tərəfimi tutan xəbər hazırlayırlar. Gülək, ya ağlayaq? Məni sevən insanların beynində şübhə yaradacaq xəbərlər yazan şəxslərə müraciət edirəm. Nə oldu? Sular kəsildi? Kaş ki, məni indi anlamaq, dinləmək yerinə o illərdə axtarardız”.

Müğənni media nümayəndələrinə səslənərək, əleyhinə xəbər yazanları məhkəmə ilə hədələyib:
"Dəyərli jurnalist dostlarım! Türkiyəyə gəldiyim gündən bəri sizinlə böyüdüm. 20 illik sənət həyatımda bir-birindən gözəl layihələrə imza atdım. Hər zaman yanımda olan hər kəsə təşəkkürlər. Ancaq demək istəyirəm ki, sənət həyatıma əngəl olanlar, belə xəbər hazırlayanlar qanun qarşısında cavab verəcəklər”.

Qeyd edək ki, bu günlərdə Türkiyənin məşhur köşə yazarı Esin Övet müğənni Günel Zeynalova, Ebru Gündeş və Rza Zərrabla bağlı yazı dərc edib. Onun köşəsi geniş müzakirələrə yol açıb.

Musavat.com 


Digər xəbərlər
SON XƏBƏRLƏR