"Səfirlərinizi Tel-Əvivdən çəkin, İsraillə əlaqələrinizi kəsin..." - Mahmud Abbas İstanbulda dünyaya səsləndi

img

13-12-2017 [13:44]


Bu gün Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatı fövqəladə iclasında Fəəstin lideri Mahmud Abbas ABŞ və İsrailə sərt mesajlar verib, müsəlman və bütün dünya ölkələrinə çağırış edib.

Mia.az xəbər verir ki, Mahmud Abbas "Rəhbərliyi, xalqı var, ancaq sərhədi olmayan bir ölkə olan İsrail", - deyə başladığı nitqində sözügedən ölkənin Qüdsdə yaratdığı vəziyyəti kəskin pisləyib. 

O, "Axı, sərhədi olmayan dövlət necə olur? Tramp Qüdsü necə paytaxt kimi tanıya biər ki? O, bu qərarı ilə ABŞ-ın vasitəçi statusunu da itirdi" - deyərək, dünya ölkələrindən radikal addım atmağı istəyib: 

"Sizdən isitədiyim odur ki, səfirlərinizi Tel-Əvivdən çəkin, İsraillə əlaqələrinizi kəsin. Fələstini tək dövət kimi tanıyın. Biz Trampın qərarına qarşı radikal addım atmasaq, bugünkü toplantının da o qədər əhəmiyyəti olmayacaq. Biz süh tərəfdarıyıq. Yəhudilərin Qüdsdə haqları olduğu kimi, xristianların da, bizim də orada haqqımz var". 

Mahmud Abbas deyib ki, onlar Qüdsü daş və torpağı ilə tanınmasını istəmirlər: "Qüdsü yaşayan müsəlman xalqı ilə tanıyın. Orada bir dərnək, mərkəz qurub, onun vasitəsi ilə Fələstin xalqının oxumasına, təhsil almasına, iqtisadiyyatının dirçəlməsinə kömək edə bilərsiniz. Belə mərkəzlərlə bizə çox böyük dəstək verə, mübarizəmizi, dirəncimizi qoruya bilərsiniz. Biz əsla İsrailə təslim olmayacağıq".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR