Qüdslə bağlı fövqəladə zirvə toplantısı başlayır

img

13-12-2017 [10:04]


ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarı müsəlman dünyasında sərt reaksiyalara səbəb olub.

Bu gün Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatı fövqəladə iclas keçirir. İclasın təşəbbüskarı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğandır.

Təşkilata üzv ölkələr Qüds məsələsini müzakirə edəcək. İclasda ilk olaraq İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin XİN rəhbərləri görüşəcək. Sonra isə quruma üzv ölkələrin dövlət başçıları bir araya gələcək.

Qeyd edək ki, XİN rəhbərlərinin görüşündə Azərbaycanı Elmar Məmmədyarov təmsil edəcək. Azərbaycan prezidenti İlham Əliyev isə Zirvə toplantısında iştirak etmək üçün dünən İstanbula səfər edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub