Macarıstandakı səfirliyimizdə ulu öndər Heydər Əliyevin anım mərasimi keçirildi - FOTO

img

12-12-2017 [22:02]


Bu gün Azərbaycanın Macarıstandakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Səfirlikdən Mia.az-a daxil olan məlumata görə, tədbirdə səfirliyin əməkdaşları ilə birgə ölkədə təhsil alan tələbələr iştirak edib.

Tədbirin əvvəlində Heydər Əliyevin səfirlikdəki büstü önünə gül çələngi qoyulub və ulu öndərin əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib.

Sonra səfirliyin müşaviri Zaur Şükürov çıxış edərək, Heydər Əliyevin Azərbaycanın dövlətçiliyi tarixində əvəzsiz xidmətlərindən bəhs edib, müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində tarixi rolundan danışıb. Z.Şükürov ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin banisi, xilaskarı kimi Azərbaycan xalqının xatirəsində daima yaşayacağını, Heydər Əliyev irsinin hələ neçə illər boyu tədqiqat mövzusu olacağını söyləyib.

Daha sonra Z.Şükürov ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi xəttin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizin tərəqqisinə və xalqımızın r`1ifahına hesablanmış genişmiqyaslı və ardıcıl islahatların bu gün öz real bəhrəsini verdiyini, dövlətimizin daha dinamik inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb.

Z.Şükürov həmçinin, Azərbaycan Respublikasının 1-ci Vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev irsinin gələcək nəslə ötürülməsi, Azərbaycan mədəniyyətinin, incəsənətinin və ümumiyyətlə Azərbaycan həqiqətlərinin geniş miqyasda təbliği istiqamətində əhəmiyyətli rolundan bəhs edib.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR