Şriftin ölçüsü / 401 dəfə oxunub

Azərbaycanın altıqat çempionu dünyasını dəyişdi - Ürəktutmadan...

12 Dekabr 2017 [20:35]
Dəfələrlə çempionluğa sahib olan Emin Hüseynov dünən Bakıda dünyasını dəyişib. 

Bu barədə Trend-ə onun qardaşı Dünya Gözəllik Konqresinin prezidenti Zamiq Hüseynov məlumat verib.

Bilyardçının 38 yaşında ürək xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Emin Hüseynov beynəlxalq dərəcəli idman ustası olub. 2001-ci ildə təşkil olunmuş piramida üzrə dünya çempionatının dördüncüsü olmağı bacarıb. O, Azərbaycanda keçirilən bilyard yarışlarında 6 dəfə birinci yerə layiq görülüb.

Allah rəhmət eləsin!


SON XƏBƏRLƏR
15:02 17.08.2018
Rusiya ABŞ-a nota verdi
13:44 17.08.2018
CƏBRAYILLILAR...