Hamamda gəlinini qonşu oğanla intim əlaqə zamanı tutdu, başından güllələdi - Namus cinayəti

img

12-12-2017 [13:41]


Daxili İşlər Nazirliyi paytaxtda baş verən qətllə bağlı açıqlama yayıb.

Məumatda qeyd olunub ki, dekabrın 11-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Seyidmalik Məmmədov ailə münaqişəsi zəminində ov tüfəngi ilə gəlini Aysel Məmmədovanı qətlə yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları profilaktik tədbirlər nəticəsində Seyidmalik Məmmədov könüllü olaraq Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gələrək istintaqa təslim olub.

Onun istifadə etdiyi, müvafiq sənədləri olmayan "İJ-16” markalı ov tüfəngi hadisə yerindən götürülüb.

Qeyd edək ki, 1993-cü il təvəllüdlü Aysel Məmmədova qonşuluqda yaşayan şəxslə həyat yoldaşına xəyanət edib. Bunu bilən qayınatası gəlinini bu gecə qoşalülə tüfənglə onu başından güllələyərək qətlə yetirib.

Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları cəlb edilib.

Məlum olub ki, Seyidmalik Məmmədov oktyabr ayında gəlinini öz evinin hamam otağında qonşuluqda yaşayan Təhmasib adlı şəxslə intim əlaqadə olan zaman yaxalayıb. Ancaq həmin vaxt nə gəlininə, nə də qonşu oğlana xəsarət yetirib.

Hətta oğluna da bu barədə bir söz deməyib. Ancaq kənd yeri olduğundan söhbətin böyüdüyünü görən Seyidmalik Məmmədov ötən gün gecə evə daxil olaraq odlu silahla gəlininin həyatına son qoyub.

Qətlə yetirilən şəxsin 1 azyaşlı övladı qalıb/Teleqraf.com.


Digər xəbərlər
SON XƏBƏRLƏR