Şəhərdaxili və rayonlararası gediş haqları kartla ödənəcək - Prezident yeni qanunu imzaladı

img

11-12-2017 [19:57]


Bu gün Prezident İlham Əliyev "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklikləri də təsdiq edib.

Mia.az xəbər verir ki, bununla da "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 599; 2010, № 4, maddə 276, № 10, maddə 841; 2013, № 11, maddə 1302; 2014, № 4, maddə 342; 2015, № 8, maddə 903, № 12, maddə 1439; 2016, № 2, II kitab, maddə 221; 2017, № 2, maddə 140) aşağıdakı dəyişikliklər edilib:

1. Aşağıdakı məzmunda 1.0.11-1-ci maddə əlavə edilsin:

"1.0.11-1. ödəniş aləti - şəhərdaxili (rayondaxili) müntəzəm marşrutlar üzrə sərnişin daşıyan avtobuslarda gediş haqqının elektron qaydada ödənilməsi üçün nəzərdə tutulmuş vasitə;”.

2. 22.3-cü maddənin birinci cümləsinə "(biletə)” sözündən sonra "(gediş haqqının elektron qaydada ödənildiyi hallar istisna olmaqla)” sözləri əlavə edilsin.

3. 28.2-ci maddəyə "baqaj qəbzi ilə” sözlərindən sonra ", yaxud gediş haqqının ödəniş alətindən istifadə etməklə ödənilməsi ilə” sözləri əlavə edilsin.

4. 28.3-cü maddəyə "(biletlərin)” sözündən sonra "və ödəniş alətinin” sözləri, "satışı” sözündən sonra ", o cümlədən ödəniş alətinə vəsaitin yüklənilməsi imkanı” sözləri əlavə edilsin.

5. 31.0.1-ci maddəyə "əldə etmək” sözlərindən sonra "(gediş haqqı ödəniş aləti ilə ödənildiyi hallar istisna olmaqla)” sözləri əlavə edilsin və həmin maddədə "isə” sözü ", yaxud gediş haqqı ödəniş aləti vasitəsilə ödənildikdə” sözləri ilə əvəz edilsin.

6. Aşağıdakı məzmunda 31.0.1-1-ci maddə əlavə edilsin:

"31.0.1-1. ödəniş aləti əldə etmək və ona vəsait yükləmək;”.

7. 31.0.2-ci maddəyə "marşrutlarında” sözündən sonra "(şəhərdaxili (rayondaxili) avtobuslar istisna olmaqla)” sözləri əlavə edilsin.

8. Aşağıdakı məzmunda 31.0.2-1-ci maddə əlavə edilsin:

"31.0.2-1. müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında gediş haqqı ödəmədən 5 yaşa qədər uşaqları özü ilə aparmaq;”.

9. 32.0.3-cü maddəyə "almaq” və "müvafiq sənədlərə” sözlərindən sonra "(gediş haqqı ödəniş aləti ilə ödənildiyi hallar istisna olmaqla)” sözləri əlavə edilsin.

10. 36.0.6-cı maddəyə "aşkar edildikdə” sözlərindən sonra ", yaxud sərnişin gediş haqqını müəyyən edilmiş qaydada ödəmədikdə” sözləri əlavə edilsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR