Prezidentdən Pirallahı ilə bağlı sərəncam - Su və kanalzasiya sistemi üçün pul ayrıldı

img

11-12-2017 [18:32]


Bu gün Prezident İlham Əiyev Bakı şəhəri Xəzər rayonunun Zirə və Türkan qəsəbələrində, Pirallahı rayonunun Pirallahı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam verib.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Bakı şəhəri Xəzər rayonunun Zirə, Türkan və Pirallahı rayonunun Pirallahı qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işləri davam etdirmək məqsədilə aşağıdakı qərar alınıb:

1. "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5,83 milyon (beş milyon səkkiz yüz otuz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR