Saakaşvilinin məhkəməsi başladı - Şüşə qəfəsə salınıb

img

11-12-2017 [15:56]


Ukraynada "Yeni Qüvvələrin Hərəkatı” partiyasının lideri Mixail Saakaşvilinin məhkəməsi başlayıb.
 
Şüşə qəfəsə salınan siyasətçi prosesdən əvvəl qısa bəyanatla çıxış edib. 
"Mən oliqarxların məhbusuyam. Onlar məni bu qəfəsə salmaqla guya əylənirlər. Amma xalqın dəstəyi göstərdi ki, xalq heç nədən qorxmur", deyə o, qısa bəyanatında bildirib. 

Vəkillərin vəsatətindən sonra M.Saakaşvili şüşə qəfəsdən çıxarılıb. Eks-prezident vəkillərlə birgə oturub.

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko məhkəmə prosesinə gəlib. O, M. Saakaşvili ilə görüşüb və onun yanında oturub/bakipost.

Digər xəbərlər
SON XƏBƏRLƏR