Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

11-12-2017 [15:30]


Dekabrın 12-də Bakı və Abşeron yarımadasında  havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.  Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.  

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah havanın temperaturunun gecə  5-8° isti, gündüz  9-13° isti olacağı gözlənilir. Bakıda gecə  5-7° isti, gündüz  10-12° isti olacağı gözlənilir.  Atmosfer  təzyiqi  normadan yüksək 768  mm civə sütunundan 773 mm civə sütununa yüksələcək.  Nisbi  rütubət  gecə  70-80 %, gündüz 60-65 % olacaq.

 Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-4° isti, gündüz  5-10° isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR