ALDP MAQ 60 illiyin qeyd edəcək

img

11-12-2017 [13:03]


Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.

İclasda Milli Azadlıq Qərargahının (MAQ) 60 illiyinin qeyd olunması və ictimai-siyasi vəziyyət müzakirə olundu. ALDP sədri Fuad Əliyev MAQ-ın yaranması barədə qısa arayış verdikdən sonra həmin təşkilatın 60 illiyini keçirilməsini vacib olduğunu bildirib.

"Sovet imperiyasına qarşı yaranan bu təşkilat gizli şəkildə fəaliyyət göstərib. MAQ üzvləri Azərbaycanın müstəqillik üğrunda mübarizə aparıblar. Hesab edirəm ki, bu fədakar insanlar 1918-ci ildə F.X.Xoyskinin, Topçıbaşovun və digərlərin Şərgdə ilk dəfə yaratdığı Azərbaycan Demokratik Respublikasının davamçılarıdırlar”. Fuad Əliyev qeyd edib. Toplantıda MAQ-ın 60 illiyinin qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi qərara alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR