Azərbaycanın gömrük polkovniki Gürcüstanda həbs edilib - Psixotrop maddə ilə + FOTO

img

11-12-2017 [11:50]


Bu il oktyabr ayının sonlarında Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı, polkovnik-leytenant Həsənov Rəhim Səlim oğlu Gürcüstan respublikası ərazisində küllü miqdarda psixotrop maddə ilə saxlanılıb.

"Ölkə.Az”-ın əldə etdiyi məlumata görə hazırda Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən istintaq altında saxlanılan R.Həsənov barəsində qanunsuz olaraq psixotrop maddələrin saxlanılması maddəsi ilə cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü R.Həsənov uzun illərdir ki, DGK-də çalışıb. Həsənov Bakı Dövlət Universitetinin hüquq fakultəsində sonra isə Rusiya Gömrük Akademiyasında təhsil alıb.

Araşırmalarımız zamanı məlum olub ki, Gürcüstan Respublikasından olan Rəhim Həsənov tez-tez şəxsi işləri ilə əlaqədar olaraq vətəninə gedib-gəlib.

Baş vermiş faktla əlaqədar Dövlət Gömrük Komitəsinin (DGK) mövqeyini öyrənmək mümkün olmadı.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR