Şriftin ölçüsü / 111 dəfə oxunub

Bakı Mühəndislik Universitetində şairə Nigar Həsənzadə ilə görüş

08 Dekabr 2017 [16:40]
Bakı Mühəndislik Universitetində şairə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "SÖZ” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə ilə görüş keçirildi.

İlk öncə şairə Nigar Həsənzadə haqqında hazırlanmış film nümayiş olundu və qonaq haqqında tədbir iştirakçılarına məlumat verildi. Tədbiri giriş sözü ilə açan universitetin prorektoru Bayram Hüseynzadə Şairə Nigar Həsənzadəni universitetimizdə görməkdən məmnunluğunu bildirdi. Bakı Mühəndislik Universitetinin İngilis dili və ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə Nigar Həsanzadənin şeirləri tələbələr tərəfindən səsləndirildi. Şeirlərini İngilscə ilk dəfə olaraq başqa birisdən dinləyən şairə göz yaşlarını saxlaya bilmədi. Nigar Həsənzadə bildirdiki, "sizin savadlı tələbələri gördükdən sonra tələbə olmaq istəyirəm. Tələbələrinizi İngiltərəyə aparıb orada şeir oxutmaq lazımdır. Qoy ingilislər görsünlər ki, şeiri necə oxuyurlar”.

Bakı Mühəndislik Universitetinin bədii yaradıcılıq şöbəsinin əməkdaşı Vüqar Məmmədov qonaq şairə Nigar Həsənzadənin sözlərinə yazılmış yeni mahnı ifa etdi. Daha sonra Nigar Həsənzadə tələbələrin suallarını cavablandırdı və onlarla sağollaşmağın nə qədər çətin olduğunu dilə gətirdi.

Sonda Nigar Həsənzadəyə xatirə lövhəsi hədiyyə olundu.Tələbələrlə xatirə şəkili çəkildi.




SON XƏBƏRLƏR