“Lotu Quli”nin kirvəsinə 3 il cəza verildi

img

08-12-2017 [15:19]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazova hökm oxunub.

Hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə M.Namazova 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

M.Namazovun Ağstafa rayonun Sadıxlı kəndində yerləşən evindən silah patronları tapılıb.

O, qanunsuz olaraq odlu silah saxlama və qanunsuz olaraq külli miqdarda narkotik vasitənin dövriyyəsində ittiham edilir. M.Namazov özünü təqsirli bilmədiyini deyib/qafqazinfo.


Digər xəbərlər
SON XƏBƏRLƏR