Mingəçevir yazarları Cocuq Mərcanlıda

img

08-12-2017 [11:39]


Dekabr ayının 6-da Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsində təmsil olunan yazarların bir qrupu Mingəçevir Turizm Kollecinin nümayəndələri və "Mingəçevir” qəzetinin əməkdaşları ilə birlikdə Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndinə gedərək yerli sakinlərlə görüşmüşlər.  

Mingəçevirli qonaqlar əvvəlcə ötən ilin Aprel döyüşlərindən sonra ölkə prezidenti İlham Əliyevin tapşırığı ilə yenidən qurulan evlərdə yaşayan  ailələrlə görüşüb söhbət etmişlər. Cəbrayıl rayon İcra Hakimiyyətinin Cocuq Mərcanlı kəndi üzrə ərazi nümayəndəsi Xanlar Zeynalov, son iyirmi dörd il ərzində kəndi heç vaxt tərk etməyən və ölkə rəhbəri  İlham Əliyevin Cocuq Mərcanlı kəndinə səfəri zamanı  "Əmək” ordeni ilə təltif olunan Oktay Həziyev kənddə tikilən evlərin və yerli sakinlər üçün yaradılan yüksək yaşam şəraitindən söz açmışlar. Onların dediklərindən məlum olmuşdur ki, əlavə olaraq tikintisi başa çatdırılan və yüz 100ailə üçün nəzərdə tutulan evlərə də yaxın günlərdə Cocuq Mərcanlıdan olan ailələr köçürüləcəkdir.

    Mingəçevili qonaqları yerli sakinlərə təqdim edən Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri, əslən Cəbrayıldan olan İsmayıl İmanzadə həmyerliləri ilə görüşdən məmnun olduğunu bildirərək, "mənim dünyaya göz açdığım Böyük Mərcanlı kəndi və rayonun digər yaşayış məntəqələri iyirmi dörd ildən bəri düşmən tapdağı altındadır. Ötən ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun düşmənə ibrət dərsi verməsi bir daha sübut etdi ki, ölkə prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində işğala məruz qalan bütün torpaqlarımız da inşallah tezliklə düşmən pəncəsindən xilas ediləcəkdir”-dedi.

      Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru Əyyub Əyyubov "Lələ” təpədə  əzəmətlə dalğalanan üçrəngli Azərbaycan bayrağının bütövlükdə Qarabağın bütün yaşayış məntəqələrində də dalğalanacağı günün uzaqda olmadığını əminlik hissiyə söylədi və Cocuq Mərcanlını yurdun yenilməz qalasına çevirən Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycan əsgərinin yenilməz iradə sahibi olduğunu vurğulayaraq yenidən doğma məskənlərinə qayıdan kənd sakinlərə uğurlar arzuladı.

    Yazarların Cocuq Mərcanlı kənd orta məktəbinin pedaqoji kollektivi və şagirdləri ilə keçirdikləri görüşlər də yaddaqalan oldu. AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə tanınmış söz adamlarının əsərlərinin yer aldığı 80 nüsxə kitabı məktəbin kitabxanasına hədiyyə verdi. Yazarlardan Elşən Əzim, Zümrüd Rəhimova, Bəhman Gülövşəli və Məmməd Mərziliçıxış edərək öz əsərlərindən nümunələr söylədilər.  Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov ayrı-ayrı siniflərdə oxuyan uşaqlara hədiyyələr təqdim etdi. "Mingəçevir qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov,qəzetin əməkdaşlarından Mətanət Məmmədova, İlahə İsmayılova və İslam Şirinov, "Tumurucuq”  qəzetinin təmsilçisi Esmira Hidayətova ürək sözlərini dilə gətirdilər. Məktəbin direktoru Zamin Həziyev, tarix müəllimi İsmət  Əbiloğlu, Oqtay Həziyev və Cəbrayıl rayon İH-nin nümayəndəsi Xanlar Zeynalov yerli sakinlər adından qonaqlara minnətdarlıqlarını bildirdilər.

 Sonda kənddəki məscidlə tanış olan və burada düşmən tapdağı altda qalan torpaqlarımızın azad edilməsi diləyi ilə dualar edən yazarlar yerli sakinlərlə, o cümlədən müəllim və şagirdlərlə birlikdə  xatirə şəkilləri çəkdirdilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2024, MİA