Növbədənkənar prezident seçkilərinin keçirilməsi müddəti 3 aydan 2 aya endirilir

img

06-12-2017 [15:38]


Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qaydalarda dəyişiklik edilir.

Bu, Seçki Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, məcəllənin 179-cu (Növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsində növbədənkənar prezident seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edildikdən sonra 3 ay yox, 60 gün ərzində keçiriləcək.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçirilən iclasında müzakirəyə çıxarılacaq/apa.


Digər xəbərlər
SON XƏBƏRLƏR