Ərdoğandan Sərkisyana mesaj: "Ermənistan ticarət yollarından kənarda qalmağa davam edəcək"

img

03-12-2017 [19:47]


"Ermənistan ticarət yollarından kənarda qalıb və qalmağa davam edəcək".

Bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrıda sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının yerli təşkilatının konfransında çıxışı zamanı bildirib.

Ərdoğan deyib ki, Ermənistan xüsusən də erməni diasporunun təsiri ilə israrla Türkiyə ilə dostluq kanallarını qapalı saxlamaqdadır: "Buna görə Ermənistan ticarət yollarından kənarda qalıb və qalmağa da davam edəcək. Ancaq Ermənistandan fərqli olaraq, Gürcüstan bir körpü vəzifəsini yerinə yetirərək özünə aydın bir gələcək inşa edib. Bizimlə dost olanlar qazanar, düşmən olanlar itirər". 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR