Regionların Sosial İqtisadi İnkişafına Dəstək İctimai Birliyi tədbir keçirdi

img

29-11-2017 [15:55]


"Regionların Sosial İqtisadi İnkişafına Dəstək İctimai Birliyi” İctimai Birliyi (İB) Azәrbaycan Respublikasının Prezidenti yanında QeyriHökumәt Tәşkilatlarına Dövlәt Dәstәyi Şurasının maliyyә yardımı ilә Qəbələ rayonunda "Qida təhlükəsizliyi ilə bağlı ictimai nəzərətin gücləndirilməsi üçün maarifləndirmə işinin təşkili" adlı layihәnin icrasını uğurla başa çatdırıb. 

Layihә 2017-ci il avqust ayının 1-dən etibarәn hәyata keçirilib vә 4 ay müddәtindә davam edib. Layihәnin әsas mәqsәdi " İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun istehlakçılara verdiyi hüquqları onlara əsaslandırılmış qaydada izah edilməsi, son nəticədə vətəndaşların, ələxüsus gənc nəslin sağlamlığına təminat yaratmaq,. keyfiyyət tələblərinə cavab verməyən, insan həyatı, sağlamlığı və ətrah mühit üçün təhlükə törədən malların əhalinin süfrəsinə yol tapmaması üçün istehlakçıların maaarifləndirilməsi, onlara öz hüquqlarının izah edilməsidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR