Azərbaycanın əməkdar idman xadimi vəfat etdi...

img

27-11-2017 [10:01]


Azərbaycanın əməkdar idman xadimi Muxtar Qafarov vəfat edib.

O, 69 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Qafarov 1989-2013-cü illərdə Bakı Gimnastika Məktəbinin direktoru vəzifəsində çalışıb. Həmçinin 2002, 2006 və 2010-cu illərdə Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinə üzv seçilib. O, bir məşqçi kimi Azərbaycanda akrobatika ənənələrinin formalaşmasında böyük rol oynayıb. M.Qafarov əməkdar idman ustası, əməkdar məşqçi və əməkdar idman xadimi adlarına layiq görülüb.

2015-ci ildə Azərbaycan Gimnastika Federasiyası onuqızıl medalla təltif edib/Report

Digər xəbərlər
SON XƏBƏRLƏR