Həbsdə saxlanılma müddətinin uzadılması qaydası dəyişdirilir

img

25-11-2017 [11:13]


Azərbaycanda cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin uzadılması qaydasında dəqiqləşdirmə aparılır.

Mia.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilir.

Məcəlləyə əlavə edilən 159.3-1-ci maddədə deyilir:

Bu məcəllənin 159.2-ci (Məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti bu məcəllənintəkrarən az ağır cinayətlər üzrə 2 aydan, ağır cinayətlər üzrə 3 aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər) maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin keçməsinə ən geci 10 gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müvafiq əsasdırılmış vəsatət verir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsin həbsdə həbsdə saxlanılması müddətinin uzadılması zərurəti ilə razılaşdıqda, məhkəmə qərarı ilə müəyyən edilən həbsdə saxlama müddətinin keçməsinə ən geci 7 gün qalmış vəsatəti təqdimat verilməsi üçün müvafiq olaraq Azərbaycanın Hərbi prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru, Bakı şəhər prokuroru və ya Azərbaycanın Baş prokurorunun müavininə göndərir. 

Azərbaycanın Hərbi prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru, Bakı şəhər prokuroru və ya Azərbaycanın Baş prokurorunun müavini təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması zərurəti ilə razılaşdıqda, məhkəmə qərarı ilə müəyyən edilən həbsdə saxlama müddətinin keçməsinə ən geci 5 gün qalmış məhkəməyə müvafiq təqdimatla müraciət edir. 

Məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılmasının zərurliyi ilə razılaşdıqda, onun barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarla müəyyən edilən həbsdə saxlanılma müddəti başa çatanadək təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılması barədə qərar qəbul edir.

Məcəlləyə əlavə edilən digər maddəyə - 159.8-1 maddəsində isə qeyd olunur: Bu məcəllənin 159.8-ci (Cinayət işi üzrə məhkəməyədək icraat zamanı toplanmış materialların həcminin böyüklüyü və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu işin istintaqını gecikdirdiyi və başqa formada çətinlik yaratdığı müstəsna hallarda təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddəti az ağır və ağır cinayətlər üzrə 3 aydan, xüsusilə ağır cinayətlər üzrə 6 aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər) maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddətinin uzadılması barədə həbsdə saxlama müddətinin keçməsinə ən geci 15 gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müvafiq əsasdırılmış vəsatət verir. 

İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsin həbsdə həbsdə saxlanılması müddətinin uzadılması zərurəti ilə razılaşdıqda, məhkəmə qərarı ilə müəyyən edilən həbsdə saxlama müddətinin keçməsinə ən geci 10 gün qalmış vəsatəti təqdimat verilməsi üçün müvafiq olaraq Azərbaycanın Hərbi prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru, Bakı şəhər prokuroru və ya Azərbaycanın Baş prokurorunun müavininə göndərir.Azərbaycanın Hərbi prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru, Bakı şəhər prokuroru və ya Azərbaycanın Baş prokurorunun müavini təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması zərurəti ilə razılaşdıqda, məhkəmə qərarı ilə müəyyən edilən həbsdə saxlama müddətinin keçməsinə ən geci 7 gün qalmış təqdimatın verilməsi üçün müvafiq olaraq Azərbaycanın Baş prokuroruna və ya onun birinci müavininə müraciət edir. 

Azərbaycanın Baş prokuroruna və ya onun birinci müavini təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması ilə razılaşdıqda, məhkəmə qərarı ilə müəyyən edilən həbsdə saxlama müddətinin keçməsinə ən geci 5 gün qalmış məhkəməyə müvafiq təqdimatla müraciət edir. 

Məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma zərurəti ilə razılaşdıqda, onun barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarla müəyyən edilmiş həbsdə saxlanılma müddəti başa çatanadək təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılması barədə qərar qəbul edir.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR