Tbilisidəki antiterror əməliyyatında “istanbullu terrorçu” zərərsizləşdirildi

img

24-11-2017 [23:42]


Tbilisidə keçirilən antiterror əməliyyatı zamanı ələ keçirilən terrorçu ilkin məlumatlara görə, Rusiya vətəndaşı olan, çeçen Suxo Dudayevdir. Bu barədə Gürcüstan radiosu (Pirveli radio) xəbər yayıb.

Radionun məlumatında deyilir ki, bu gün məhkəmənin hökmü ilə terrorçu qruplaşma ilə əlaqəli olmaqda şübhəli bilinən S.Dudayev haqqında həbs qətimkan tədbiri seçilib. Müttəhimin şəxsi xahişinə əsasən, adı və soyadı tam açıqlanmasa da onun məhz Suxo Dudayev olduğu bildirilir.

Məlumatda o da qeyd olunur ki, xüsusi əməliyyat zamanı "təkəlli Əhməd” ləqəbli Axmed Çatayev qətlə yetirilib. Suxo Dudayev Çatayevin mühafizəçisi olub.

S.Dudayev həmçinin 2012-ci ildə Gürcüstanın Lapankurski dərəsində həyata keçirilən əməliyyatlarda da iştirak edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR