Məhəmməd Nooyevin 60 yaşı tamam olur

img

24-11-2017 [16:58]


Azərbaycan-Avar İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı Siyasi Şurasının üzvü, ölkənin şimal-qərb bölgəsinin nüfuzlu şəxslərindən biri olan hörmətli Məhəmməd Nooyevin 60 yaşı tamam olur.

M.Nooyev 26 noyabr 1957-ci ildə Balakən rayonunun Qabaqçöl qəsəbəsində anadan olmuşdur. İki ali təhsil almış Məhəmməd Nooyev uzun illər doğma rayonunda iqtisadiyyatın müxtəlif sahələrinə rəhbərlik etmişdir.

Sonrakı illərdə Nooyev Azərittifaqın Mərkəzi Aparatında və Taxıl Məhsulları Dövlət Şirkətində rəhbər vəzifələrdə çalışmışdır. O, hazırda İqtisadiyyat nazirliyində məsul vəzifədə işləyir. Məlumat üçün bildirək ki, ötən əsrin 93-95--cı illərində, yəni çətin dövrdə ölkənin taxıl məhsulları ilə təmin olunmasında M.Nooyevin xüsusi xidmətləri olub. Məhəmməd Nooyev Azərbaycan dövlətçiliyinə, Ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin siyasi kursuna sadiqliyi ilə fərqlənmişdir. İctimai-siyasi həyatda çox fəal olan Məhəmməd Nooyev çoxmillətli ölkəmizdə milli münasibətlərin qorunmasına da öz töhfəsini vermişdir.

Bir neçə gün əvvəl Beynəlxalq tolerantlıq günündə Azərbaycan multukulturalizm modelinin ölkə daxilində və xaricdə təbliğ və təşviqi üçün və 60 illik yubiley münasibətilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Nooyevi Fəxri Diplomla təltif etmişdir.

Uzun illər tanıdığım Məhəmməd müəllim bütün xidmətləri ilə yanaşı gözəl ailə başçısı, dəyərli valideyn, həm də mehriban babadır. Onun övladları da atalarının yolunu layiqli davam etdirirlər.

Biz də öz adımızdan Məhəmməd Nooyevi 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı və ölkəmizin ictimai-siyasi həyatında uğurlar arzulayırıq.



Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub