23-11-2017 [20:49]
"Son vaxtlar avtomobil yollarında piyada vurma faktları ciddi narahatlıq doğurur. Piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 67%-ni təşkil edir”.
Mia.az xəbər verir ki, bunu "Baku.ws”ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib.
V. Əsədovun sözlərinə görə, piyadaların vurulması ilə baş verən hadisələrdə günah çox vaxt piyadalarda olur.
"Sürücülərin 90 faizi piyadalara yol verir. Bu məsələdə problem piyadaların üzərinə düşür. Yol nəqliyyat hadisələrinin 67%-i piyadaların vurulması ilə nəticələnən qəzalardır. Piyadalar hələ də "bilmədim”, "görmədim”, "tələsirəm” deyir. Hər bir hərəkət iştirakçısı özünün təhlükəsizliyini təmin etməlidir”, - deyə bölmə rəisi bildirib.
DYP rəsmisi tövsiyə edib ki, ölümlə, xəsarət alma ilə nəticələnən avtoqəzaların qarşısını almaq üçün hər bir hərəkət iştirakçısı məsuliyyətli və diqqətli olmalıdır.
"Avropada piyadalar piyada zolağından keçmirsə, 50 avro cərimələnir, bizdə isə 20 manat. İdarə edilən nəqliyyat vasitəsinin arxa oturacağında azyaşlı uşaqlar mütləq xüsusi oturacaqda getməlidir. 12 yaşa qədər olan uşaqlar üçün xüsusi oturacaq yoxdursa, həmin sürücü cərimələnir. Amma bu, bizdə inzibati xəta tərkibi yaratmır.
Avropada sürücülər yol polisi onları cərimələyəcək deyə qanuna riayət etmirlər. Onlar yol hərəkətində təhlükəsizliyini təmin edirlər ki, sağlamlıqlarını qorusunlar. Avropalı başa düşür ki, təhlükəsizlik kəmərini taxmırsa, qəza zamanı xəsarət dərəcəsi artacaq. Avropada sürücülər işıqforların tələblərinə uyğun hərəkət edirlər. Avropada sürücülər çox nadir hallarda səs siqnalı verirlər. Amma bizdə bir-birləri ilə səs siqnalı verərək salamlaşırlar, sağollaşırlar. Səs siqnalı veməklə adam çağırırlar, yol istəyirlər. Hətta səs siqnalı verə-verə ailə qururlar”, - deyə DYP rəsmisi qeyd edib.
Vaqif Əsədov məsləhət edib ki, piyadalar maksimum diqqətli, təhlükəsizliyi təmin etmək bacarığına malik olsun və başqalarının da həyatına maneə yaratmasın.
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR