ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Tanınmış yazıçının şeir kitabı çıxdı - FOTO - mia.az
Şriftin ölçüsü / 402 dəfə oxunub

Tanınmış yazıçının şeir kitabı çıxdı - FOTO

23 Noyabr 2017 [16:13]
Görkəmli Azərbaycan yazıçısı Vahid Məmmədlinin şeir kitabı çapdan çıxıb.

"Döy qapımı, açmayım” adlı kitabında müəllifin son illərdə qələmə aldığı şeirləri və bir poeması toplanıb.

Məlumat üçün bildirək ki, V.Məmmədli nəsr əsərləri ilə yanaşı, onun bir çox şeirləri müasir Azərbaycan poeziyasının ən gözəl nümunələrindən hesab olunur.

"Qanun” nəşriyyatında nəşr olunan kitabın redaktoru Nəzrin Məmmədlidir.


V.Məmmədli Avropanın və Rusiyanın ən böyük nəşriyyatı sayılan "Eksmo" nəşriyyatının müəlliflərindən biri olmaqla, Rusiyada və Azərbaycanda bestsellerə çevrilən bədii ədəbiyyat nümunələrinin müəllifi kimi tanınır. ("Tunc Allahın yükü" "Qrifon" 2007, "Cəllad tələsməyi sevmir" "Eksmo" 2008, "Qeksoqenli yol yoldaşı" "Eksmo" 2010).

Onun detektiv roman və povestlərinin qəhrəmanı olan Ancelo di Bronzo-Tunc Mələk, dünyanın tanınmış detektiv əsərlərinin qəhrəmanları olan Şerlok Holms, Puare, Komissar Meqre, Djeyms Bond, Rusiyada Erast Fandorin, Dronqo kimi qəhrəmanların sırasında duran ilk Azərbaycanlıdır.
V.Məmmədli həmçinin Rusiyanın ilk qansız döyüş romanının ("Tunc Allahın yükü" "Qrifon" 2007), Azərbaycanda isə fentezi janrında yazılmış ilk əsər olan "Atropatena dastanı" ("Zərdabi"nəşriyyatı, 2010) trilogiyasının müəllifidir.
Üç kitabdan ibarət olan "Atropatena dastanı" Azərbaycanda həm dastan, həm də dünya oxuculaıı arasında maraqla oxunan fentezi janrlarının tələblərinə uyğun yazılan ilk trilogiyadır.
Onun son dövrlərdə yazdığı "Buddanın qayıdışı", "Qarabala", "Bakı-2031", "Müqəddəs Məryəm Ananın Efesə köç etməsi" povestləri, "Qırmızı böyürtkən" hekayəsi və digər əsərləri dünyanın bir çox ölkələrində böyük oxucu marağına səbəb olmuş, onu istedadlı yazıçısı kimi tanıdıb.
2010-cu ildə "Atropatena dastanı" adlı kitabı işıq üzü görüb,

Vahid Məmmədlinin əsərləri Rusiyada, Türkiyədə, İngiltərədə, Fransada, Avstriyada, Almaniyada, Yunanıstanda, Çexiyada, Hindistanda, Misirdə və digər ölkələrdə çap olunub



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR