“Böyük Yol” komandası Böyük Qayıdışın başlanğıcı olan Cocuq Mərcanlı kəndində - FOTOLAR

img

22-11-2017 [12:00]


"Böyük Yol” Gənclər İctimai Birliyinin idarə heyəti və könüllüləri Böyük Qayıdışın başlanğıcı olan Cocuq Mərcanlı kəndinə səfər ediblər. 

Bu barədə Mia.az-a veriən məlumata görə, səfər çərçivəsində ilk öncə gənclər Horadiz-Cəbrayıl avtomobil yolunun kənarındakı "Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, şəhidlərin ruhunu ehtiramla yad ediblər. 

Daha sonra kənddə şagirdlərin istifadəsinə verilmiş 96 şagird yerlik məktəblə tanış olublar. 

Məktəbin şagirdləri "Böyük Yol ” komandasını əllərində bayraqlarla qarşılayıblar. Gənclər məktəbdə Cəbrayılın işğaldan əvvəlki vəziyyəti, rayonun tanınmış xadimləri, ali məktəblərə yüksək balla qəbul olan rayonun məzunları, bu kənddə ermənilərin törətdikləri vandalizm, vəhşilik, 23 il doğma kəndini tərk etməyən Həziyevlər ailəsini əks etdirən fotostendlərlə və fuksional otaqlarla tanış olublar. Səfər Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscidə ziyarətlə davam edib. Daha sonra 23 il doğma kəndini tərk etməyən Həziyevlər ailəsi ilə səmimi söhbət edilib, ailə ötən 23 il ərzində yaşadıqlarını və bugünkü həyat tərzi ilə bağlı təəssüratlarını bölüşüb, yaradılmış şəraitə görə ölkə rəhbərliyinə təşşəkür edib.




Digər xəbərlər
SON XƏBƏRLƏR