Bakı Muhəndislik Universitetiilk üç universitet arasında yer aldı

img

22-11-2017 [11:03]


Noyabrın 21-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Ali təhsildən gözləntilər” mövzusunda seminar keçirilib.Seminarda Təhsil Nazirliyinin nümayəndələri, media kapitanları,təhsil ekspertləri, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri və KİV təmsilçiləri iştirak edib.

Tədbirin keçirilməsində məqsəd son 4 ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrində müşahidə olunan müsbət dinamika barədə məlumat verilməsi və ali təhsildə qarşıda duran vəzifələrin müzakirə edilməsi olub.Seminarda "Tələbə qəbulunun nəticələrinin təhlili” mövzusunda təqdimatla çıxış edən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev son 4 tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulunun kəmiyyət və keyfiyyət göstəriciləri ilə bağlı məlumat verib, qəbul imtahanlarının nəticələrində müsbət dinamikanın müşahidə edildiyini vurğulayıb. Bildirilib ki, son illərdə ali təhsil müəssisələrinə qəbul olunanların orta bal göstəricisi artıb. Müsbət dinamika bütün ixtisas qrupları üzrə də müşahidə olunub."Clarivate Analytics” təşkilatının Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə qeyd edib ki, 2015-ci ilin dekabr ayından dünyanın aparıcı elmi platforması olan "Web of Science” ilə əməkdaşlıq nəticəsində Azərbaycanın təhsil müəssisələrinin müəllim və tələbələrinin bu elmi bazada indekslənən məqalələrinin sayı 57 faiz artıb. Son 3 ildə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrinin impakt faktorlu jurnallarda çap olunan məqalələrinin sayı 950 olub."Clarivate Analytics” təşkilatının Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadədedi ki nəşr aktivliyinə görə BMU ən yaxşı 3 universitet arasında yer alib.O 2017 ci ildə"Web of Science”platformundə nəşr aktivliyinə görə birinci yerdə Bakı Dövlət Universiteti ikinci yerdə Azərbaycan Neft və Sənayə Universiteti və üçüncü yerdə Bakı Muhəndislik Universiteti oldugunu qeyd etdi. Nəzərə alsaq ki, BMU 2017-ci ildə fəaliyyətə başlayıb və ilk ilində üçlüyə daxil olması yüksək göstəricidir.”2016-cı ilin alimi” mükafat müsabiqəsinin qalibi Bakı Mühəndislik Universitetinin Maliyyə kafedrasının müdiri Dos. Elçin Süleymanov da impakt faktorlu jurnallarda çap olunan məqalələrin ölkəmiz üçün əhəmiyyətindən danışıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR