"İki məhbusun qaçması nöqsanların olduğunu göstərir” - Nazirdən Penitensiar Xidmətə sərt ittiham

img

22-11-2017 [10:46]


Ötən bir ildə icra işlərinin sayı 30 % artaraq 800 mini ötüb, görülmüş tədbirlər nəticəsində mülki xarakterli icra sənədlərinin əksər hissəsinin qanunvericiliklə müəyyən olunmuş qaydada icrası təmin edilib.

Mia.az xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə "Azərbaycan” qəzetində dərc edilən məqaləsində bildirib.

Nazir qeyd edib ki, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən və icradan yayınan 4 min nəfər inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 2700 nəfər məhkəmələr tərəfindən inzibati qaydad həbs edilib, 337 nəfər barəsində cinayət işi başlanıb.

F.Məmmədov eyni zamanda ötən ay müşayiət altından qaçan məhbuslarla bağlı fikir səsləndirib. O deyib ki, 2 təqsirləndirilən şəxsin müşayiət altından qaçması Penitensiar Xidmətdə nöqsanlar və problemlərin olduğunu göstərir:

"Nazirlik tərəfindən aidiyyatı qurumlarla birgə aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində həbsdən qaçmış şəxslərdən biri Penitensiar Xidmət tərəfindən tutulub, digəri isə polis orqanları tərəfindən zərərsizləşdirilib. Xidməti yoxlama aparıalaraq qanun pozuntularına və digər nöqsanlara yol verən əməkdaşalr ciddi intizam məsuliyyətinə cəlb edilib. Fakt üzrə rayon prokurorluğunda cinayət işi başlanıb".




Digər xəbərlər
SON XƏBƏRLƏR