Ərdoğandan nüvə enerjisi xəbərdarlığı: "Enerji həmləmizi baltalamaq istəyirlər, ancaq biz bunu da əldə edəcəyik"

img

21-11-2017 [19:56]


"Türkiyənin enerji fəaliyyətini baltalamaq istəyirlər".

Mia.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün yeni elektrik stansiyalarının açılışında bəyan edib.

Ərdoğan bildirib ki, ilin sonuna qədər 1191 ədəd 2132 meqavattlıq elektrik istehsal edən təsisat dövriyədə olacaq:

"Son 15 ildə gücümüzü 32 min meqavattdan 83 minə çıxardıq. Yerli kömürün elektrik istehsalındakı payını yüzdə 16-ya yüksəltdik. Almaniya enerji istehsalının 42, İngiltərə 39, Danimarka isə 34 faizini kömürdən alır. Durum bu qədər açıqkən, ölkəmizdə bu say az olsa da, səsləri çox çıxan bəlli kəsimlər enerji həmlələrimizi baltalamaq üçün çalışırlar. Boşuna çabalamayın, bu karvan gedir. Biz bu ölkədə qaranlıq bir kənd görmək istəmirik. Bütün təsisatlarımızın çalışacağı bir Türkiyə istəyirik".

Daha sonra isə Ərdoğan günün xəbərini verib. O, deyib  ki, nəyin bahasına olursa olsun,Türkiyə nüvə enerjisini əldə edəcək: "Bundan rahatsız olsanız da, olmasanız da, biz nüvə enerjisini əldə edəcəyik".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR