Tillersonun İraq, Myanma və Əfqanıstanla bağlı qərarı kəskin narazılıq yaratdı - Departamentdən İttiham

img

21-11-2017 [17:46]


ABŞ Dövlət Departamentinin onlarla əməkdaşı dövlət katibi Reks Tillerosonun ünvanına ittiham səsləndiriblər.

Teleqraf.com "Röyter” agentliyinə istinadla xəbər verir ki, onlar Tillersonu qanunları pozmaqda günahlandırıblar.

İttihama səbəb Reks Tillersonun İraq, Myanma və Əfqanıstanın azyaşlıları döyüşlərə cəlb edən ölkələr siyahısından çıxarılması ilə bağlı qanun layihəsi hazırlamasıdır:

"ABŞ qanunlarını pozmaqla yanaşı, bu layihə departamentin məruzə və analitik sənədlərinin etibarlılığının, eləcə də azyaşlıların istimarı, onların döyüşlərdə iştirakını qadağan edən prinsiplərin zəifləməsinə səbəb olacaq”.

Qeyd edək ki, məlum layihə bu ilin iyununda hazırlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR